AZ

1 aylıq əməkhaqqına bərabər bazarlıq Bir şagirdin məktəb bazarlığı neçəyə başa gəlir?

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni dərs ilinin başlamasına artıq sayılı günlər qalıb. Hər il olduğu kimi, valideynləri düşündürən əsas sual dəyişməz olaraq qalır: “Uşağı məktəbə hazır etmək bu il neçəyə başa gələcək?”.

Qeyd edək ki, paytaxt mağazalarında və bir sıra elanlar üzrə apardığımız araşdırma zamanı məlum olub ki, qiymətlər əvvəlki illərlə müqayisədə müəyyən qədər artıb. Formadan tutmuş çantaya, dəftər-qələm və digər məktəb ləvazimatlarına qədər bütün məhsullar üzrə seçim imkanı geniş olsa da, valideynlərin üzərinə düşən maddi yük də az deyil. Eyni məhsulun müxtəlif mağazalarda fərqli qiymətlərlə satılması da diqqət çəkir. Məsələn, sadə məktəbli çantası 20 manata tapıldığı halda, ortopedik və brend modellərin qiyməti 80 manata qədər yüksəlir. Ləvazimat bazarında da eyni mənzərə müşahidə olunur - ucuz dəftərlər və qələmlər mövcud olsa da, keyfiyyətli məhsulların qiyməti qat-qat baha başa gəlir. Bu baxımdan, valideynlər artıq sentyabr hazırlığını bir neçə həftə əvvəlcədən planlamağa başlayır, müxtəlif mağazaları gəzir, qiymətləri müqayisə edir və bəzən alış-verişi hissə-hissə həyata keçirməyə üstünlük verirlər.

Bazar qiymətlərinə əsaslanaraq 2025-ci ildə bir şagirdin yeni tədris ilinə başlaması üçün lazım olan məbləği hesablamağa çalışdıq.

Məktəbli forması

Bakı Tikiş Evinin bu mövsüm üçün açıqladığı endirimli qiymətlər belədir:

Qısaqol köynək – 8 AZN;

Uzunqol köynək – 10 AZN;

Şalvar / ətək – 15 AZN;

Jaket (pencək) – 20 AZN.

Məktəb ayaqqabısı bazarda orta hesabla 25–30 AZN aralığındadır.

İdman geyimi və idman ayaqqabısı

İdman geyimi: 30–35 AZN

İdman ayaqqabısı: 20–25 AZN.

Milletinsesi.info

Çanta

Paytaxtda məktəbli çantaları 20–80 AZN  arasında dəyişir.

Dəftər-qələm və digər xırda ləvazimatlar

Dəftərlər, qələmlər, xətkeş, pozan, yapışqan, rəngli karandaş, fırça/rəsm albomu və s. üçün təxmini 40–60 AZN vəsait lazımdır. 

Minimal seçimlə forma, ayaqqabı, idman dəsti, çanta və ləvazimatlar üzrə bir məktəblini üçün xərclənən ümumi məbləğ  178 manat edir. Orta seqment üçün isə məbləğ 15–240 AZN aralığındadır. Yüksək seçim (brend məhsullar, ortopedik çanta və s.) təxmini xərc 275 AZN-dir.

Qedy edək ki. Azərbaycanda minimum aylıq əməkhaqqı 2025-ci il yanvarın 1-dən 400 AZN müəyyən edilib. Bu zaman iki məktəbli övladı olan bir ailə üçün ilkin məktəb xərcləri belə olur:

- Minimal seçimlərlə 178 × 2 = 356 AZN;

- Orta səviyyəli seçimlərlə təxminən 430–480 AZN;

- Yüksək səviyyəli seçimlərlə 275 × 2 = 550 AZN.

Göründüyü kimi, iki uşaq üçün təkcə məktəbə başlama xərci bəzi hallarda bir aylıq minimum əməkhaqqını üstələyir və ya ona bərabər olur. Bu isə orta gəlirli ailələr üçün sentyabr ayını ən çətin dövrlərdən birinə çevirir. Valideynlər həm uşaqlarının təhsilinə lazımi şərait yaratmağa, həm də gündəlik büdcəni balanslı saxlamağa çalışarkən əlavə çətinliklərlə üzləşirlər.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
azpolitika.info

1Mənbələr