Hindistanın ən zəngin ailəsi olan Ambanilər sərvətləri ilə inşa etdikləri “Vantara vəhşi təbiət krallığı” layihəsi səbəbilə istintaqa cəlb olunub.
Publika.az xəbər verir ki, Hindistan Ali Məhkəməsi ölkənin ən varlı iş adamı Mukeş Ambaninin rəhbərlik etdiyi “Reliance Foundation” xeyriyyə fondu tərəfindən idarə olunan layihə ilə bağlı müstəqil araşdırma aparılması barədə qərar qəbul edib.
Məhkəmə parkdakı heyvanların qanunsuz yolla əldə edilməsi, onlara pis rəftar edilməsi və obyektin Hindistanın Vəhşi Təbiəti Mühafizə Qanununa uyğunluğu ilə bağlı iddiaları araşdıracaq.
İstintaq zamanı xüsusilə fillərin hansı üsullarla əldə edildiyi, onların performans məqsədilə istifadə olunub-olunmadığı araşdırılacaq.
Layihə Ambani ailəsinin ən prestijli investisiyalarından biri kimi tanınır. Parkın rəsmi saytında yer alan məlumata görə, burada minlərlə heyvan xilas edilib, həmçinin dünyanın ən böyük fil xəstəxanası tikilib.