Bakı. Trend:
İsrailin məşhur və nüfuzlu “The Jerusalem Post” jurnalında“Ermənistan və Azərbaycan arasında saziş və Zəngəzur dəhlizininregional sülhdə rolu” adlı məqalə dərc olunub.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, məqalənin müəllifi İsrailin ərəb dünyası və İranüzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin KəşfiyyatKorpusunun sabiq polkovnik leytanantı, Bar-İlan Universitetininşərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq vəİslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat StratejiAraşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedardır.
“Ermənistan və Azərbaycan arasında saziş və Zəngəzur dəhlizininregional sülhdə rolu” sərlövhəli məqalədə TRIPP yolu sayəsindəABŞ-nin bölgədə geosiyasi tarazlığı dəyişə biləcək xüsusi nəqliyyatdəhlizinin inkişafı üçün 99 illik hüquq əldə etdiyi diqqətəçatdırılıb.
Qeyd olunub ki, TRIPP Azərbaycanı onun Naxçıvan eksklavı iləbirləşdirən Zəngəzur dəhlizinin 32-43 km-lik hissəsini əhatə edir.Multimodal infrastruktur, o cümlədən dəmir yolu xətləri, neft vəqaz kəmərləri, fiber-optik kabellər və yolları özündə birləşdirəcəkTRIPP Rusiya və İranın təsirini balanslaşdıraraq Cənubi Qafqaza birnöv strateji dayağı təmin edir.
Məqalədə həmçinin bildirilib ki, ATƏT-in Minsk qrupununburaxılması ABŞ-nin vasitəçilik və infrastruktur siyasətində yenirolunu vurğulayır və Amerika diplomatları sazişi regional sabitlikamili və iqtisadi artımın katalizatoru kimi görürlər.
Yazıda İranın öz sərhədləri yaxınlığında ABŞ və ya NATO-nunpotensial mövcudluğu ilə bağlı təhlükəsizlik narahatlıqlarını əsasgətirərək layihəyə qarşı çıxdığına diqqət çəkilib və bir sıra başqavacib məqamlar diqqət mərkəzinə gətirilib.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jpost.com/opinion/article-864369#google_vignette