AZ

2025-ci ilin ilk 6 ayında Cənub-Qərb nəqliyyat dəhlizində yük dövriyyəsi 78,9 milyon ton-km olub

Bu ilin yanvar-iyun aylarında Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsi 78,9 milyon ton-km təşkil edib.

Finss.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 milyon ton-km və ya 24,8% çoxdur. 2024-cü ilin ilk 6 ayında yük dövriyyəsi 63,2 milyon ton-km səviyyəsində olmuşdu.

Hesabat dövründə yük dövriyyəsinin 73,7 milyon ton-km hissəsi tranzit yüklərdən ibarət olub, bu da illik müqayisədə 10,5 milyon ton-km və ya 16,6% artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
1
3
fins.az

7Mənbələr