AZ

Çoxtərəfli əməkdaşlığın yeni perspektivləri Azərbaycan Özbəkistan Türkmənistan

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistanın Avaza şəhərinə işgüzar səfəri tarixi əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında münasibətlərin həm yeni mərhələyə qədəm qoyduğunu, həm də regional əməkdaşlıq baxımından strateji əhəmiyyət kəsb etdiyini göstərir. Liderlər qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi, mədəni və sosial sahələrdə yeni layihələrin həyata keçirilməsi, həmçinin regionda sülh və sabitliyin gücləndirilməsi mövzularını müzakirə ediblər".

"Unikal" xəbər verir ki, bunu Milli  Məclisin deputatı Asif Əsgərov deyib.

Deputat bildirib ki, bu səfər Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və regionun sosial-iqtisadi inkişafına verdiyi dəstəyi nümayiş etdirir:

"İyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfəri çərçivəsində həm Bakıda, həm də Qarabağ bölgəsində müxtəlif görüşlər keçirmiş, ölkəmizin sosial-iqtisadi və mədəni həyatındakı proseslərlə yaxından tanış olmuşdu. Həmin səfərin gedişində iki dövlət arasında mövqelərin siyasi, iqtisadi və humanitar sahələrdə üst-üstə düşdüyü bir daha təsdiqləndi. Bu əməkdaşlıq, xüsusilə enerji, nəqliyyat və iqtisadi layihələrdə özünü göstərir və iki ölkə arasında etibarlı tərəfdaşlıq münasibətlərini gücləndirir. Avaza görüşündə imzalanan sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması haqqında razılaşma xüsusi əhəmiyyət daşıyır. Bu sənəd yalnız şəhərlər arasında deyil, bütövlükdə xalqlar arasında möhkəmlənmiş dostluğun və qardaşlığın təzahürü kimi qiymətləndirilir. Qardaşlaşma layihəsi mədəni, sosial və iqtisadi sahələrdə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar açır və ortaq dəyərlərin qorunmasına xidmət edir.

Füzulidə keçirilən görüş zamanı Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın hədiyyəsi olaraq məscidin tikintisi təklifini irəli sürdü. Prezident İlham Əliyev bu təşəbbüsü minnətdarlıqla qəbul etdi. Artıq bir ay keçməsinə baxmayaraq, məscidin memarlıq layihəsi hazırdır və yaxın gələcəkdə təməli qoyulacaq. Bu təşəbbüs yalnız dini abidənin inşasını ifadə etmir, eyni zamanda, Türkmən xalqının Azərbaycan xalqına olan qardaşlıq və dostluq münasibətinin əməli göstəricisidir. Məscid layihəsi həm Qarabağ bölgəsində dini və mədəni dəyərlərin qorunmasına xidmət edəcək, həm də regionda həmrəyliyin gücləndirilməsinə töhfə verəcək.

Özbəkistan tərəfindən Xankəndidə iri tikiş fabriki fəaliyyət göstərir. ECO Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev fabrikin iş şəraiti ilə tanış oldu. Hazırda orada iki yüzdən çox insan çalışır, onların əksəriyyəti qadınlardır. Fabrikin genişləndirilməsi nəticəsində iş yerlərinin sayı daha da artacaq, bu isə bölgədə iqtisadi fəallığın və məşğulluğun yüksəlməsinə şərait yaradacaq. Bununla yanaşı, Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik orta məktəb istifadəyə verilib və burada yüzlərlə gənc təhsil alır. Bu təşəbbüslər Azərbaycan və Özbəkistan xalqları arasında dostluğun və əməkdaşlığın əməli göstəricisidir. Məktəb layihəsi, həmçinin regionda təhsil və insan kapitalının inkişafına xidmət edir, gənclərin bilik və bacarıqlarının artırılmasına imkan yaradır.

Üç ölkə arasında əməkdaşlıq formatının yaradılması ilə bağlı müvafiq dövlət qurumlarına göstərişlər verilib. Həmin format çərçivəsində nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz sektoru və mədəni əlaqələr üzrə konkret layihələr hazırlanacaq. Bu təşəbbüs təkcə iqtisadi sahədə deyil, həm də regional təhlükəsizlik, strateji əməkdaşlıq və siyasi stabillik baxımından böyük əhəmiyyət kəsb edir.

Avaza Zirvə görüşü tarixi hadisədir və bölgədə sülhə, tərəfdaşlığa və perspektivli əməkdaşlığa yönəlmiş yeni formatın əsası qoyulub. Üçtərəfli əməkdaşlıq həm iqtisadi, həm mədəni, həm də sosial sahələrdə yeni imkanlar açır və bölgənin inkişaf perspektivlərini daha da genişləndirir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
unikal.az

4Mənbələr