AZ

Batuxan Baymenin Bakıda sərgisi açıldı - FOTOLAR

26 avqust saat 17:00-da Azərbaycan Rəssamlar İttifaqının Vaciya Səmədova adına sərgi salonunda (Xəqani küç. 19) qazaxıstanlı rəssam Batuxan Baymenin “NOMADE BLACK & WHITE” adlı fərdi sərgisi açılıb.


Manset.az xəbər verir ki, açılış mərasimində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov iştirak ediblər.

Batuxan Baymen Qazaxıstanın ən tanınmış müasir qrafika ustalarından biridir. Onun əsərləri miqyası, düşüncə dərinliyi və özünəməxsus üslubu ilə seçilir. Sənətkar yaradıcılığında əcdadlarının köçəri mədəniyyətindən ilham alaraq qədim türk tarixini, nomad dünyasını və ortaq fəlsəfəni yeni bədii prizmadan təqdim edir.

Sərgidə təqdim olunan əsərlər simvolik, alleqorik və metaforik kompozisiyaları ilə fərqlənir, türk xalqlarının ruhunu, mədəni irsini və müasir təfəkkürünü əks etdirir. Rəssam tez-tez Abay Kunanbayev, Çingiz Aytmatov və Əlişir Nəvainin əsərlərindən ilhamlanaraq qrafikalarında bu motivlərə xüsusi yer verir.

Sərgi 15 sentyabradək davam edəcək.

Seçilən
11
6
manset.az

8Mənbələr