AZ

TANAP ilə Avropaya nəql edilən Azərbaycan qazının həcmi 50 milyard kubmetrəçatdı

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Avropaya nəql edilən Azərbaycan qazının həcmi 50 milyard kubmetrə çatıb.

Redaktor.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiye” şirkətinə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycandan Avropaya uzanan enerji körpüsündə tarixi mərhələyə qədəm qoyulub: "TANAP vasitəsilə Avropaya tədarük edilən təbii qazın miqdarı 50 milyard kubmetrə çatıb”.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Seçilən
17
5
redaktor.az

10Mənbələr