AZ

Ağdamda tullantı su təmizləmə qurğusunun tikintisi ilə bağlı 53 milyon manatlıq LAYİHƏ

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq,yenidənqurma işləri davam etdirilməkdədir.

Trend-inməlumatına görə, bu işlərin davamı kimi Ağdam şəhərinin magistralsu xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularınıntikintisinin layihə-smeta sənədləri əsasında tullantı su təmizləməqurğusu tikiləcək.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinintabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununlabağlı müvafiq işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.

Eyni zamanda, qurum görüləcək işlərin 53 290 298 manata başagələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Seçilən
11
1
az.trend.az

2Mənbələr