AZ

Azərbaycanın məqsədi dəyişməyib



Cənab Prezidentin “Əl-Ərəbiyyə”yə müsahibəsinə baxa bilməsəm də, mətnini tam oxudum. Kifayət qədər4 əhatəli, geniş və peşəkar müsahibədir.
Burada həm ergion, həm də beynəlxalq siyasətlə bağlı çox vacib məsələlərə toxunulub və gələcəyə dair ciddi mesajlar verilib.
İstər Rusiya və İranla münasibətlər, istər Yaxın Şərqdə Azərbaycanın rolu, istərsə də Türk dünyası ilə bağlı strateji yanaşmalar aydın şəkildə ifadə olunub.
Xüsusilə, Zəngəzur dəhlizi və ya Tramp marşrutu adlanan dəhliz7n açılmasının Azərbaycan üçün sadə məsələ olduğu vurğulanıb. Mesaj ondan ibarətdir ki, kim orada işləyəcəksə, hansı şirkət, podratçı, investor olursa-olsun, bu layihə texniki baxımdan qısa müddətdə həyata keçirilə bilər.
Bununla yanaşı, Azərbaycanın əhdəflərinin dəyişməyəcəyi, Ermənistan konstitusiyasında dəyişiklik gözləntisinin olduğu, ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə isə bunun Ermənistan üçün fəlakətə çevriləcəyi bir daha qətiyyətlə bildirilib. Müsahibədə həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan müharibə şəraitində olsa da, digər infrastruktur və mülki vətəndaşlara qarşı nəzakətli davranış sərgiləmişdir.
Enerji təhlükəsizliyi, bərpaolunan enerji sahəsində Körfəz ölkələrinin iştirakı və Türk Dövlətləri Təşkilatının gələcək qlobal rolu ilə bağlı mühüm məqamlar da xüsusi qeyd olunub.
Bu müsahibə oxuyanda aydın olur ki, Azərbaycanın məqsədi dəyişməyib. Ölkə öz yolunu sülh, sabitlik və əməkdaşlıq üzərində qurur. Biz sadəcə hörmət və sülh istəyirik!

Eldəniz Əmirov, iqtisadçı
Seçilən
70
newscenter.az

1Mənbələr