Polşa Quru Qoşunlarına növbəti KRAB özüyeriyən artilleriya qurğuları (ÖAQ) təhvil verilib.
“Poliqon” Polşanın Silahlanma Agentliyinə istinadən xəbər verir ki, 8 ədəd yeni KRAB ÖAQ, Quru Qoşunlarının 23-cü artilleriya alayının istismarına təqdim edilib.
Qeyd olunub ki, yaxın günlərdə 12 ədəd K9 “Thunder” ÖAQ və 9 ədəd K2 tankı da Quru Qoşunlarına təhvil veriləcək.