AZ

“Azərbaycan alimləri dünya riyaziyyatçıları reytinqində yoxdur” İlham Əhmədov

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Dünya üzrə riyaziyyatçı alimlərin reytinqləri artıq müəyyən olunub. Bu siyahıda müxtəlif ölkələrdən yüzlərlə alim yer alıb.

Müsəlman ölkələrinin alimlərinin sayı isə kifayət qədər az görünür.

Mövzu ilə bağlı dosent İlham Əhmədov Gununsesi.info-ya açıqlamasında bildirib ki, təəssüf ki, bu siyahıda Azərbaycan alimləri yoxdur:

“Dünyanın ən güclü 2 755 riyaziyyatçısının reytinqində müsəlman ölkələrindən İran, Pakistan, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Misir və digər ölkələrin alimləri də yer alıb. Reytinqdə müsəlman ölkələrindən daha çox riyaziyyatçı alim İrandandır.

Amma 40 il əvvəl bu reytinq tərtib olunsaydı, çox ehtimal ki, müsəlman ölkələri riyaziyyatçıları sırasında Azərbaycan lider olardı”.

O əlavə edib ki, mövcud vəziyyət üzərində ciddi iş aparılarsa, növbəti 40 ildə vəziyyətin yaxşılaşdırılması mümkündür:

“Əgər dövlət səviyyəsində elm və təhsilə investisiyalar artırılsa, gənc riyaziyyatçıların yetişdirilməsinə dəstək verilsə, Azərbaycan yenidən reytinqdə ön sıralarda görünə bilər. Bu istiqamətdə konkret addımlar atmaq vacibdir”.

Dosent Əhmədov həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı professor Misir Mərdanov və ETN-nin sədri E. Əmrullayevin də fikirlərini öyrənmək maraqlı olardı.

“Vəziyyətin növbəti 40 ildə düzəlməyə şansı varmı? Əlbəttə, mümkündür, amma bu, yalnız davamlı və sistemli siyasət nəticəsində reallaşa bilər”, – deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
icma.az

1Mənbələr