AZ

ChatGPT-yə valideyn nəzarəti əlavə olunacaq

ChatGPT-yə

ChatGPT yeniyetmə intihar iddialarından sonra valideyn nəzarətini tətbiq edəcək.

Xalqcebhesi.az xəbər verir ki, Amerikanın “OpenAI” şirkəti, ChatGPT neyron şəbəkəsinin tərtibatçısı, chatbot-a intihar etmək planları barədə yazan 16 yaşlı yeniyetmənin ölümü ilə bağlı iddialar fonunda ona valideyn nəzarəti funksiyasını əlavə etməyi planlaşdırır.

"Biz həmçinin tezliklə valideyn nəzarəti funksiyalarını təqdim edəcəyik ki, bu da valideynlərə övladlarının ChatGPT-dən necə istifadə etməsi haqqında daha çox məlumat əldə etməyə imkan verəcək", - şirkətin saytında deyilir.

Bundan əlavə, istifadəçi təcili əlaqə üçün çatbot-a etibarlı şəxsi əlavə edə biləcək ki, bu da onlara birbaşa kömək istəməyə imkan verəcək. İstifadəçilər həmçinin bir kliklə təcili yardım xidmətlərinə zəng edə biləcəklər.

Şirkət qeyd edir ki, ChatGPT istifadəçiləri təhlükəli hərəkətlərdən çəkindirmək üçün nəzərdə tutulmuş alqoritmlərə malikdir, lakin uzun müddət davam edən ünsiyyət zamanı chatbotun cavabları yanlış ola bilər.

Məryəm Quliyeva

Seçilən
1
1
xalqcebhesi.az

2Mənbələr