AZ

Gürcüstanda qanunsuz aksiyaları maliyyələşdirən QHT-lərin bank hesablarına həbs qoyulub

Gürcüstanda bir sıra QHT-lərin bank hesabları dondurulub.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində bir neçə qeyri-hökumət təşkilatının (QHT) bank hesablarına məhkəmə qərarı ilə həbs qoyulub.

Qurumun məlumatına görə, Tbilisi şəhər məhkəməsi prokurorluğun vəsatətini təmin edərək, ölkənin konstitusiya quruluşuna və milli təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi ehtimalı ilə bağlı adıçəkilən QHT-lərin maliyyə fəaliyyətinə məhdudiyyət tətbiq edib.

Prokurorluğun açıqlamasında bildirilir ki, araşdırmalar zamanı bəzi təşkilatların daxil olan vəsaitlərinin əhəmiyyətli hissəsinin nizamnamə fəaliyyətindən kənar məqsədlərə – qanunsuz aksiyaların maliyyələşdirilməsinə, zorakı etirazların təşkilinə, hüquq-mühafizə orqanları ilə qarşıdurmada istifadə olunan vasitələrin alınmasına yönəldildiyi müəyyən olunub.

Məlumata əsasən, həmin qurumlar 2024-cü ildə keçirilən etiraz aksiyalarında iştirak edən şəxsləri maddi və təşkilati baxımdan dəstəkləyib, həmçinin onlara cərimələrin ödənilməsində və hüquqi müdafiənin təmin edilməsində yardım göstərib.

“Bu fəaliyyətlər nəticə etibarilə qanunsuz hərəkətlərin təşviqinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinin zəiflədilməsinə xidmət edib. Bank hesablarına həbs qoyulması isə vəsaitlərin növbəti sui-istifadə hallarının qarşısını alır”, – prokurorluğun məlumatında qeyd olunur.

Qurum istintaqın davam etdirildiyini və ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcəyini bildirib.

Seçilən
25
1
report.az

2Mənbələr