AZ

Tarixi məkanların turizm marşrutlarına salınması istiqamətində işlər davam etdirilir

Bakı.Trend:

Ölkə üzrə təşkil olunan turizm marşrutlarında bir sıra tarixi vəmədəni abidələr mövcuddur. Bakı-Abşeron regionunda turistlərUNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər abidələri- Qoşa Qala qapıları, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksiilə yanaşı, qədim karvansaraylar, hamamlar, Cümə məscidi və digərorta əsr memarlıq nümunələri ilə tanış ola bilirlər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət TurizmAgentliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda Qobustan Milli Tarix-Bədii Qoruğu,“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgahməbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin Nobel qardaşlarınınev-muzeyi və “Suraxanı” gəmi-muzeyi kimi obyektlər turizmmarşrutlarında yer alır:

“Şimal bölgəsinə səyahət edənlər üçün "Beşbarmaq dağı" DövlətTarix-Mədəniyyət və Təbiət Qoruğu, UNESCO irsi olan “Xınalıq və Köçyolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu, qədim Cek vəQalaxudat kəndləri, Quba şəhərində yerləşən Cümə məscidi, Çuxurhamamı, Qırmızı Qəsəbə və Dağ Yəhudiləri Muzeyi xüsusi maraq kəsbedir. Burada, həmçinin Laza kəndi və Şahdağ Milli Parkı kimi təbiətturizm resursu ilə zəngin məkanlar təqdim olunur.

Şimal-mərkəzi regionu üzrə turizm marşrutlarında turistlər DiriBaba türbəsi, Şamaxı Cümə məscidi, Meysəri və Dəmirçi kəndlərininənənəvi irsi, Basqal və Lahıc qəsəbələrinin İpək Yolu dövrünə aidmədəniyyət nümunələri, həmçinin Nic qəsəbəsindəki Çotari Alban-Udikilsəsi və Müqəddəs Yelisey kilsəsi ilə tanış ola bilirlər”.

Qeyd edilib ki, şimal-qərb regionunda əsas diqqət UNESCOsiyahısına daxil edilmiş Şəki Xan Sarayına, Şəkinin tariximərkəzinə və Qafqaz Albaniyasının yadigarı olan Kiş məbədinəyönəldilir:

“Cənub regionunda turizm marşrutlarına UNESCO-nun təbii irsinədaxil edilmiş Hirkan Milli Parkı, Lənkəran Tarix-DiyarşünaslıqMuzeyi, Həzi Aslanovun ev-muzeyi, qədim qala xiyabanı, mayak vəteatr binası daxil edilib.

Qarabağ üzrə turizm marşrutunda Şuşa qalası, Gəncə qapısı,Bülbülün ev-muzeyi, Xan qızı Natəvanın evi, Yuxarı və Aşağı GövhərAğa məscidləri, Mehmandarovların malikanə kompleksi, Molla PənahVaqifin muzey-məqbərə kompleksi, Milli Xalça Muzeyinin Şuşafilialı, həmçinin Cıdır düzü və İsa bulağı əsas tarixi-mədəniməkanlar yer alır.

Qeyd edək ki, yuxarıda göstərilən turizm marşrutlarına turistlərarasında populyarlığı ilə seçilən tarixi abidə və məkanlar daxiledilib. Ölkə üzrə digər tarixi məkanların turizm marşrutlarınasalınması istiqamətində işlər davam etdirilir”.

Seçilən
14
1
az.trend.az

2Mənbələr