AZ

102 yaşlı kişi 3,776 metrlik dağa çıxdı - Rekord qırdı

Ajans.az xəbər verir ki, Ginnesin Rekordlar Kitabının saytında verilən açıqlamaya görə, Kokişi Akuzava avqustun 3-də ürək çatışmazlığı ilə bağlı müalicəsini başa çatdırdıqdan sonra ölkənin 3,776 metrlik ən hündür Fuji dağının zirvəsinə çatıb. Fuji Yaponiyanın Honsyu adasında yerləşən aktiv stratovulkandır. Kokişi həftədə bir dəfə bu dağa qalxır. Bu, onun qocalıqda Yaponiyanın ən yüksək dağına ilk dəfə çıxması deyil. Rekordçu sonuncu dəfə 96 yaşında olarkən onun zirvəsinə çıxmışdı. Amma son dırmaşmanı əvvəlkindən fərqli adlandırıb. Yol boyu iki gecəni daxmalarda keçirən Kokişi üç gündən sonra zirvəyə çatıb. Yaponiyanın ən yüksək zirvəsinə yenidən dırmaşmaq istədiyini soruşduqda, rekordçu zarafatla cavab verib: “Daha kifayətdir. Gələn il məndən soruşsanız, bəlkə başqa cavab ala bilərsiniz, amma hələlik bu dırmaşmadan məmnunam”

Qeyd olunub ki, 102 yaşlı kişi 99 yaşını qeyd etmək üçün Nabevariyama dağının 1272 metrlik zirvəsinə də qalxmışdı.

Seçilən
4
14
Ajans.az

10Mənbələr