Bakı. Trend:
“Google” bildirir ki, təsdiqlənməmiş tərtibatçıların tətbiqləriartıq “Google Play” quraşdırılmış “Android” cihazlarındaişləməyəcək.
Trend xəbər verir ki, rəsmi mağazadan kənaryayılan tətbiqlər “Play Store” proqramlarına nisbətən 50 dəfə dahaçox zərərli kod ehtiva edir.
Yeni sistem ilkin olaraq 2026-cı ilin sonunda Braziliya,Sinqapur, İndoneziya və Taylandda, sonra isə qlobal səviyyədətətbiq ediləcək.
"Google"un izahına görə, bu proses hava limanında şəxsiyyətyoxlamasına bənzəyir: tətbiqin məzmunu yox, yalnız tərtibatçınınşəxsiyyəti yoxlanılacaq. Bu isə tərtibatçıların proqramlarını digərmağazalarda yaymasına mane olmayacaq.
Qeyd edək ki, şirkət, həmçinin, "Android Developer Konsolu"vasitəsilə tərtibatçıların şəxsiyyətini yoxlayacaq və proqrampaketlərini qeydiyyata alacaq yeni platforma təqdim edəcək.