AZ

Azərbaycanda 30 il əvvəl törədilən qətlin üstü açılıb

Azərbaycan Baş Prokurorluğu 30 il əvvəl öldürülənin şəxsiyyətinin müəyyən edilməsinə dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edib.

Bu barədə Hakimiyyet.az -a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hazırda iş üzrə zərərçəkmişin şəxsiyyətinin müəyyənləşdirilməsi zərurəti yaranıb:

"Bakı şəhərinin Suraxanı rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 30 il əvvəl, paytaxtın hava limanından taksi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən müştəri qismində götürülmüş kişinin quldurluqla əlaqədar kəsiçi-deşici alətlə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qəsdən öldürülməsi cinayətinin üstü açılmaqla, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması təmin edilib".

Məlumata əsasən, bununla əlaqədar, Azərbaycan Baş Prokurorluğu zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsinə dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edir:

Zərərçəkmiş şəxsin fərdi əlamətlərinə gəldikdə isə doğum ili: 1955-1970-ci illər aralığında, boyu təxminən 175 sm, sol dirsək oynağının ön səthində çapıq izləri, sol saidin yuxarı və orta 1/3 hissəsinin ön səthində 11 ədəd köhnə, kənarları hamar çapıqlanmış toxuma izləri, 1995-ci ilin aprel-may aylarında xarici ölkədən (əsasən MDB dövlətləri, o cümlədən Rusiya Federasiyası) hava yolu ilə ölkəyə qayıdıb və həmin dövrdən etibarən itkin düşüb, MDB dövlətlərində, o cümlədən Rusiyada daimi və ya müvəqqəti yaşayıb və yaxud işləyib.

Bildirilib ki, bu xüsusiyyətlərə uyğun olan və ya belə bir şəxs barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, Bakı şəhər prokurorluğu və ya Suraxanı rayon prokurorluğuna aşağıdakı telefon nömrələri vasitəsilə məlumat versinlər:

-(+994 12) 361 04 06

-(+994 12) 361 04 09

-(+994 12) 361 02 51

Seçilən
51
49
hakimiyyet.az

10Mənbələr