AZ

“Neftçi”də VACİB İCLAS: Baş məşqçi təkliflə razılaşdı, bundan imtina etdi

«Neftçi» Premyer Liqanın yeni mövsümünə uğurlu başlaya bilmədi.

Avrokuboklar iddiası ilə heyətini gücləndirmiş «ağ-qaralar» ilk 2 turda qələbəyə həsrət qalıb.

Açılış həftəsində «Şamaxı» ilə evdə 1:1 edən paytaxt təmsilçisi daha sonra səfərdə «İmişli»nin müqavimətini qırmağı bacarmadı - 0:0.

Belə start Samir Abasovu karıxdırıb. Ötən 3 ayda düşərgədə xeyli islahat aparmış, düşərgəyə xeyli yeni oyunçu gətirmiş baş məşqçi bu gedişatla bağlı rəhbərlikdən dəstək istəyib.

Odur ki, idarəçilərlə birgə komandaya həsr olunmuş toplantı keçirilib. Çalışdırıcıya taktiki cəhətdən yenilik etməsi məsləhət görülüb. A

basov təkliflə razılaşıb: həmişə üstünlük verdiyi «beşli müdafiə» sxeminin tətbiqindən vaz keçib.

O, qarşıdakı turlarda dörd müdafiəçinin xidmətindən yararlanacağını və hücum futbolu oynayacağını bildirib.

SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr