AZ

Ən çox bu məhsullar üzrə sığorta ödənişi edilib

2025-ci ilin ilk altı ayında Azərbaycanda 41 rayonda fermerlərə 4,4 milyon manatdan çox aqrar sığorta ödənişi verilib. Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.

Fondun açıqlamasına görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişi edilən rayonların sayı 37-dən 41-ə yüksəlib. Ümumi ödəniş məbləği isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artaraq 4 milyon 435 min manata çatıb.

Ödənişlərin 4 milyon 245 min manatı əkin sahələri, 190 min manatı isə heyvandarlıq sığortası üzrə həyata keçirilib.

Ən çox sığorta ödənişi verilən rayonlar sırasında Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəki yer alır.

Əsas zərərlər taxıl, qarğıdalı, pambıq, eləcə də günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız əkinlərində qeydə alınıb.

Təbii fəlakətlərdən ən çox dolu, sel və subasma, fırtına və leysan yağışlar zərərə səbəb olub.

Aqrar Sığorta Fondu bildirib ki, aqrar sığorta mexanizmi dövlət dəstəyi ilə tətbiq olunur və regionlar üzrə əhatə dairəsi getdikcə genişlənir.

Gülnar 

Seçilən
10
2
anews.az

3Mənbələr