AZ

Şuşa Elmi Jurnalının (Shusha Scientific Journal – SSJ) ilk sayı yayımlandı » AzadMedia.az


2025-ci il iyunun 16-17-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində Microsoft Innovative Educator (MIE) təşkilatının rəhbəri Mehriban Malikovanın təşəbbüsü ilə təsis olunan Şuşa Elmi Jurnalının (Shusha Scientific Journal – SSJ) ilk sayı oxuculara təqdim olunub. Şuşa Elmi Jurnalı süni intellekt, təhsil və pedaqogika, ətraf mühit və dayanıqlı inkişaf, dəqiq elmlər, mədəni irs, iqtisadiyyat, ədəbiyyat, tarix, sağlamlıq elmləri, musiqişünaslıq və digər sahələrdə aparılan yüksək keyfiyyətli və orijinal araşdırmaları dərc etməklə, qlobal elmi məkanın nüfuzlu platformalarından birinə çevrilməyi hədəfləyir. Jurnalın redaksiyası “Şuşadan elm aləminə” şüarı ilə alimləri, tədqiqatçıları və mütəxəssisləri dünyanın hər yerindən elmi məqalələrini təqdim etməyə dəvət edir.
Qeyd edək ki, jurnalın baş redaktorları Böyükağa Mikayıllı və İrphan Alidir (international). Jurnalın redaksiya heyətində Azərbaycanla yanaşı, Türkiyə, Çin, Özbəkistan, Ukrayna və Pakistandan tanınmış alim və mütəxəssislər təmsil olunurlar. Gələcəkdə jurnalın tematik xüsusi buraxılışlarının hazırlanması, nəşrin elmi simpozium, konfrans və seminarlara inteqrasiyasının təmin edilməsi, qlobal elmi dialoqların yaradılması nəzərdə tutulur. Jurnal açıq girişli (open-access) platforma kimi məqalələri hər kəs üçün əlçatan edəcək. Jurnalda məqalələr əsasən ingilis dilində qəbul olunacaq və rəy sistemindən (peer review) keçiriləcək. Jurnal Şuşa Qlobal İntellektuallar İnstitutu (Shusha Global Intellectuals Institute (SIII)) tərəfindən nəşr edilir.
Seçilən
3
1
azadmedia.az

2Mənbələr