AZ

İranın 3 bölgəsində atışma: 13 nəfər öldürüldü

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Səravan və İranşəhr rayonlarında silahlı qarşıdurma başlayıb.

Axar.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampanyası məlumat yayıb.

Məlumata görə, hər iki bölgəyə çoxlu sayda hərbçi, təhlükəsizlik və polis əməkdaşları cəlb olunub.

Bildirilib ki, qarşıdurma hələ də davam edir, ölən və yaralananların dəqiq sayı məlum deyil.

Təhlükəsizlik qüvvələrinin mühasirəyə aldıqları silahlı şəxslərə qarşı ağır silahlardan və PUA-lardan istifadə etdiyi qeyd olunur.

SEPAH-ın "Qüds" qüvvələri yaydığı bəyanatda Səravan, Xaş və İranşəhr bölgələrində antiterror əməliyyatlarına başlanıldığını bildirib.

Bəyanatda 13 silahlının öldürüldüyü, bir neçəsinin isə ələ keçirildiyi deyilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
3
axar.az

4Mənbələr