“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün mübarizəyə start verəcək.
"Report"un məlumatına görə, Azərbaycan çempionu Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında baş tutacaq görüşə saat 19:00-da start veriləcək. Qarşılaşmanı Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna) və Vladimir Sebek (Monteneqro) idarə edəcəklər.
Qeyd edək ki, “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyunları Linz şəhərində keçiriləcək. Komanda sabah Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" klubu ilə üz-üzə gələcək.