Azərbaycanın media qurumlarının nümayəndələri NATO qərargahında olublar.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, səfər NATO-nun İctimai Diplomatiya İdarəsinin dəstəyi ilə həyata keçirilib.
Nümayəndələr NATO-ya və onun İctimai Diplomatiya İdarəsinə təşkilati dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, builki səfər xüsusi əhəmiyyət daşıyır, çünki Azərbaycan milli mətbuatının 150 illiyi ilə üst-üstə düşür.