AZ

“Yuventus”un futbolçusu Braziliya klubuna keçdi

“Yuventus”un futbolçusu Artur Melonu icarə əsasında Braziliyanın “Qremio” klubuna keçib.

Msport.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ötən mövsümün ikinci hissəsində icarə əsasında “Jirona”da (İspaniya) çıxış edib. O, La Liqa təmsilçisində 15 matçda meydana çıxıb.

Qeyd edək ki, 2020-ci ildən “Yuventus”un şərəfini qoruyan Artur Melo ümumilikdə 63 matçda meydana çıxıb.

Seçilən
0
4
msport.az

6Mənbələr