AZ

Cadillac 2026-cı ildən Formula 1-də iştirak edəcək – Pilot heyəti açıqlanıb

Cadillac 2026-cı ildən etibarən Formula 1 çempionatında iştirak edəcək heyətini açıqlayıb.

Finss.az-ın məlumatına görə, komanda təcrübəli pilotlar və çoxsaylı Qran Pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağlayıb. Onlar birlikdə 527 Qran Priyə qatılıb və 16 qələbə qazanıblar, bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirir.

Qeyd edək ki, Serxio Peres Azərbaycan Qran Prisinin ikiqat qalibidir (2021 və 2023-cü illərdə Red Bull Honda heyətində), Valtteri Bottas isə 2019-cu ildə Mercedes komandası ilə Azərbaycan Qran Prisinin qalibi olub.

Beləliklə, Cadillac Formula 1 dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq. Azərbaycan Qran Prisi isə 2026-cı il 24–26 sentyabr tarixlərində keçiriləcək.

Seçilən
38
fins.az

1Mənbələr