AZ

“Kajiki” tayfunu 7 can aldı - FOTO

Vyetnamda təsirli olan “Kajiki” tayfununun səbəb olduğu güclü fırtına və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 7-yə yüksəlib. 

"Cebheinfo.az" “Vietnam News Agency” agentliyinə istinadən xəbər verir ki, “Kajiki” tayfununun gətirdiyi leysan yağışları və daşqınlar ölkədə gündəlik həyatı mənfi təsir altına alır.

Rəsmilər ölənlərin sayının 7-yə, yaralıların sayının isə 34-ə çatdığını qeyd edərək, bir nəfərdən də xəbər alınmadığını açıqlayıblar.

Bundan əlavə, tayfun səbəbilə təxminən 1,6 milyon insanın elektrik enerjisiz qaldığı və 15 evin tamamilə məhv olduğu bildirilib.

Vyetnamın Baş naziri Pham Minh Chinh yerli səlahiyyətlilərə axtarış-xilasetmə işlərinin sürətlə davam etməsi üçün göstəriş verib.

Çinin cənubundakı Haynan adasında “Kajiki” tayfunu səbəbilə 23 avqust tarixində “4-cü səviyyə” fövqəladə vəziyyət elan edilmişdi.

“Kajiki” bu il Sakit okeanda yaranan 13-cü tayfun olaraq qeydə alınıb.

Seçilən
20
cebheinfo.az

1Mənbələr