AZ

Stubb və Zelenski müzakirələr aparıb

Finlandiya və Ukrayna prezidentləri Aleksandr Stubb və Volodimir Zelenski avqustun 18-də Vaşinqtonda keçirilən görüşün yekunları üzrə növbəti addımları müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Stubb “X” hesabında yazıb.

"Volodimir Zelenski ilə sıx təmas davam edir. Bu gün biz Vaşinqtonda keçirilmiş görüşün nəticələri üzrə növbəti addımları müzakirə etdik", - o bildirib.

A.Stubbun sözlərinə görə, Ukraynanın təhlükəsizliyinin dəstəklənməsi planı irəliləyir.

Seçilən
3
5
bakivaxti.az

6Mənbələr