AZ

Peskov: Rusiya Ukraynada Avropa ölkələrindən olan hərbçilərin yerləşdirilməsinə qarşıdır

Rusiya Ukraynada Avropa ölkələrini təmsil edən hərbçilərin yerləşdirilməsi ehtimalına mənfi yanaşır.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Buna mənfi yanaşırıq. Avropa hərbçiləri mövcud deyil, konkret ölkələrin hərbçiləri mövcuddur və onların əksəriyyəti NATO üzvləridir", - o qeyd edib.

Bununla yanaşı, o bildirib ki, məhz NATO-nun hərbi infrastrukturunun Ukraynada yerləşdirilməsi münaqişənin əsas səbəblərindən biridir.

Seçilən
0
2
bakivaxti.az

3Mənbələr