AZ

II və III qrupda boş qalan yerlər - Universitetlər üzrə SİYAHI

Avqustun 28-dən sentyabrın 2-dək ali təhsil müəssisələrinin boş qalan plan yerləri üzrə ixtisas seçimi həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, bu il ali məktəblərə qəbul planı 96.27 faiz dolub.

Modern.az Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dərc edilən "Abituriyent" jurnalının 7-ci nömrəsində Azərbaycan bölməsi üzrə boş qalan yerləri araşdırıb.

Jurnala görə, II qrupda Azərbaycan bölməsi üzrə ümumilikdə 130, III qrupda isə cəmi 7 boş yer qalıb.

II qrupda boş qalan yerlər aşağıdakılardır:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında: Coğrafiya müəllimliyi - 6 yer (yalnız ödənişli)

Milli Avasiya Akademiyasında: Maliyyə (tədris ingilis dilində) - 4 yer (yalnız ödənişli)

Azərbaycan Dövlət Aqrar Universitetində: Mühasibat (tədris ingilis dilində) - 7 yer (yalnız ödənişli)

Azərbaycan Texnologiya Universitetində: Beynəlxalq ticarət və logistika - 4 yer, iqtisadiyyat (ingilis dilində) - 15 yer (yalnız ödənişli)

Lənkəran Dövlət Universitetində: Coğrafiya müəllimliyi - 22 yer (yalnız ödənişli)

Azərbaycan Koopersasiya Universitetində: Beynəlxalq ticarət və logistika - 17 yer (yalnız ödənişli)

"Azərbaycan" Universitetində: Beynəlxalq ticarət və logistika - 7 yer (yalnız ödənişli)

Xəzər Universitetində: Coğrafiya müəllimliyi - 4 yer, iqtisadiyyat (ingilis dilində) - 12 , Maliyyə (tədris ingilis dilində) - 10 yer

Bakı Qızlar Universitetində: Coğrafiya müəllimliyi - 22 yer (yalnız ödənişli)

III ixtisas qrupunda isə sadəcə Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə 7 yer boş qalıb.

Seçilən
15
17
modern.az

10Mənbələr