AZ

ABŞ-dan Azərbaycana turist axını artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 10 862 nəfər ABŞ vətəndaşı səfər edib.

Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb..

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

Cari ilin yanvar ayında Azərbaycana 1 069 nəfər (illik +23,7%), fevral ayında 924 nəfər (illik +11,5%), mart ayında 1 322 nəfər (illik +17,2%), aprel ayında 1 439 nəfər (illik +26,5%), may ayında 2 239 nəfər (illik +7,5%), iyun ayında 2 439 nəfər (illik +22,4%) ABŞ vətəndaşı gəlib.

Azərbaycana gələn ABŞ vətəndaşlarının sayı 2024-cü ildə 22 927 nəfər (illik +35,1%), 2023-cü ildə 16 971 nəfər (illik +37,96%), 2022-ci ildə 12 301 nəfər (illik +2,8 dəfə), 2021-ci ildə 4 400 nəfər (illik +69,04%), 2020-cü ildə 2 603 nəfər (illik -86,12%), 2019-cu ildə 18 759 nəfər (illik +7,2%) təşkil edib.

Seçilən
6
11
moderator.az

10Mənbələr