AZ

Avropa İttifaqı missiyası Gürcüstanda 90 MİN PATRUL İCRA EDİB

Yazını böyüt
Yazını kiçilt

“Avropa İttifaqının Gürcüstanda sülhə və təhlükəsizliyə sədaqəti yalnız sözlər deyil”.

Hafta.az-ın yazdığına görə, bu barədə Avropa İttifaqının (Aİ) Gürcüstandakı Nümayəndəliyinin sosial şəhifəsində yazılır.

Nümayəndəlik qeyd edib ki, 2008-ci ildən Avropa İttifaqının Müşahidə Missiyası 90 mindən çox patrul həyata keçirib.

“Avropa İttifaqının Gürcüstanda sülhə və təhlükəsizliyə sədaqəti yalnız sözlər deyil. 2008-ci ildən Avropa İttifaqının Müşahidə Missiyası (EUMM) 90 mindən çox patrul həyata keçirib. Bu da inzibati sərhəd xətləri boyunca təhlükəsizlik və sabitliyi təmin edir. İttifaqa üzv dövlətlərdən 220 müşahidəçi ilə bu missiya Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə uzunmüddətli sadəqətin əyani təzahürüdür”, – Aİ Nümayəndəliyi yazır.

Seçilən
12
hafta.az

1Mənbələr