AZ

Trampın xüsusi nümayəndəsi Uitkoff: “Putin müharibəni bitirmək istəyir, təklif masadadır”

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinin sülh istədiyinə inandığını və artıq təklifin müzakirə olunduğunu bildirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Uitkoff ABŞ-nin “Fox News” telekanalının “Xüsusi reportaj” proqramına müsahibəsində bəhs edib.

O, aparıcının Putinin Alyaska sammiti zamanı müharibəni bitirmək istədiyini dilə gətirib-gətirməməsi ilə bağlı sualını cavablandırıb.

“Tamamilə. Sülh təklifi masadadır. O, mütləq şəkildə bunu dedi. Ümid edirəm ki, buna sadiq qalacaq”, – deyə Uitkoff qeyd edib.

“Düşünürəm ki, o, sülh prosesində iştirak etmək üçün yaxşı niyyətlə səy göstərdi. O, şübhəsiz ki, Alyaska sammitində səy göstərdi, lakin bu, çox mürəkkəb münaqişədir”, – deyə o əlavə edib.

Qeyd edək ki, bu həftə Uitkoff Nyu-Yorkda Ukrayna nümayəndələri ilə görüşəcək. Onun sözlərinə görə, bu, Zelenski ilə Putin arasında gözlənilən görüş kontekstində “vacib siqnaldır”. Zelenski də artıq mümkün danışıqlara hazırlaşmaq üçün bu həftə ABŞ və Ukrayna komandalarının görüşünün keçiriləcəyini elan edib.

Seçilən
10
1
editor.az

2Mənbələr