İtaliyalı futbolçu Alessandro Florentsi karyerasını başa vurmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı cinah müdafiəçisi bu yay "Milan"dan ayrılmışdı. O, son mövsümdə zədələrə görə cəmi 1 oyunda meydanda ola bilib.
"Roma" yetirməsi olan A. Florentsi 9 mövsüm bu komandada çıxış edib. O, 2021-ci ildən etibarən "Milan"ın üzvü idi.
O, 2021-ci ildə İtaliya yığması ilə avropa çempionatının qalibi olub.