AZ

"Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi

Hacıqabul rayonunun Pirsaat qəsəbəsində fəaliyyət göstərən "Fədək Market"in kassiri dələduzluq edib. 

O, saxta çeklər düzəldərək "ƏDV geri al" sistemi ilə öz hesabına 5 503,26 manat pul köçürüb. 

Daha sonra rəhbərlik bundan xəbər tutaraq onu işdən azad edib. Eyni zamanda məsələ ilə bağlı Hacıqabul Rayon Polis Şöbəsinə və vergi orqanına müraciət edib. 

Kassir saxlanıldıqdan sonra ona Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. 

Cinayət işinə Hacıqabul Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs məhkəmədə ona verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

O, bildirib ki, aldığı maaş az olduğuna görə əlavə qazanc əldə istəyib. Bu səbəbdən gecə marketdə olan zaman kassa aparatına həqiqətdə olmayan satış çekləri vurmaqla "ƏDV geri al" sistemi vasitəsilə pul əldə etmək qərarın gəlib. 2023-cü ilin fevral ayından başlayaraq gecə növbədə olan zaman adminstrator və satıcının onu görmədiyi müddətdə əsl həqiqətdə olmayan satış çeklərini kassa aparatında hazılamağa başlayıb. Həmin çeklərin satış məbləğini yüksək rəqəmlərlə ifadə edib ki, ƏDV-dən geri aldığı məbləğ də yüksək olsun. 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

"Fədək Market" "Fədək Azərbaycan" MMC-nin nəzdində fəaliyyət göstərir. 

 

Seçilən
13
1
7news.az

2Mənbələr