AZ

"Heyətə 6 legioner cəlb etmişik" - Bəxtiyar Soltanov

"İlk turlardan çox şey asılı ola bilər. Liqaya uğurlu başlasaq, çempionluğa da oynaya bilərik. Niyə də olmasın?".

Bunu Fanat.Az-a açıqlamasında I Liqa təmsilçisi "Cəbrayıl"ın baş məşqçisi Bəxtiyar Soltanov deyib.

Gənc çalışdırıcı iddialı komanda formalaşdırdıqlarını bildirib: 

"Demək olar, sıfırdan komanda yığdıq. Ötən mövsüm heyətdə olan 19 futbolçu ilə yollar ayrıldı. Keçənilki komandadan cəmi 3 nəfəri - Əşrəf Zeynallı, Tapdıq Əhmədov və Asif Məmmədovu saxladıq. Perspektivli uşaqları yığmışıq. Bundan başqa, komandaya 6 legioner cəlb etmişik. Qapıdan tutmuş bütün mövqelərə, yarımmüdafiənin mərkəzinə və cinahlarına, hücuma əcnəbi götürmüşük. 
Yaxşı toplanış da keçiririk. Hazırlıq çərçivəsində 4 oyunda qüvvəmizi çınamışıq. Yalnız "Şəfa"ya 1:2 uduzmuşuq. "Sabah"ın U-19 komandasını 6:2, "Baku Sportinq"i 3:2 hesabı ilə məğlub etdik, "Xudat"la isə 1:1 oynadıq. Sonuncu oyunumuz şənbə günü olacaq, "Şahdağ Qusar"la görüşəcəyik. Bununla da toplanışı yekunlaşdırıb ilk turun oyununa hazırlaşacağıq". 

Qeyd edək ki, I Liqaya sentyabrın 11-də start veriləcək. "Cəbrayıl" ilk turda "Zaqatala"Nın qonağı olacaq. Çempionat 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək. 

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr