AZ

Dəmir yolunda gedişhaqqı artıb?

"Hazırda qatarlarında əks istiqamətdə əyləşən sərnişinlər üçün ümumi qiymətə nisbətən 5 faiz endirim tətbiq olunur".

Bunu "Yeni Sabah"a "Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib: "Ötən ilin noyabr ayından ADY dinamik qiymət siyasətinə keçib. Dinamik qiymət dedikdə isə həm artma, həm azalma, həm də endirimli qiymətlər nəzərdə tutulur. Buna əsasən, əks istiqamətdə əyləşən sərnişinlər üçün ümumi qiymətə nisbətən 5 faiz endirim tətbiq olunur. Bu barədə dəfələrlə açıqlamalar da vermişik. Hazırda dəyişən bir şey yoxdur". Toyuqlu pizza

Qeyd edək ki, sosial mediada "Azərbaycan Dəmir Yolları"nda sərnişindaşımanın qiymətinin artması ilə bağlı məlumatlar yayılıb.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
2
1
yenisabah.az

2Mənbələr