Kreml ŞƏT sammitində iki liderin görüş planlarını dəqiqləşdirməyib...
Poliqon xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüb-görüşməyəcəyi barədə suala cavab verib.
Peskov bildirib ki, hazırda Rusiya liderinin ikitərəfli görüşlərinin qrafiki hazırlanır və bu plan Çin tərəfinin təşkil edəcəyi tədbirlər çərçivəsinə uyğunlaşdırılacaq. “Bu məsələ yekunlaşdıqdan sonra sizi məlumatlandıracağıq”, – deyə Kremlin sözçüsü əlavə edib.
Qeyd edək ki, həm prezident İlham Əliyev, həm də Vladimir Putin yaxın günlərdə Çində keçiriləcək ŞƏT sammitində iştirak edəcəklər. Lakin iki liderin “sammitin kənarında” ayrıca görüş keçirib-keçirməyəcəyi hələlik məlum deyil.
Poliqon.info