AZ

“ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq

“ChatGPT” neyroşəbəkəsinin sahibi “OpenAI” şirkəti çat-bota valideyn nəzarəti funksiyasını əlavə etməyi planlaşdırır.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yer alıb. 

Bildirilib ki, tezliklə istifadəyə veriləcək funksiya valideynlərə övladlarının “ChatGPT”ni necə istifadə etdikləri barədə daha çox məlumat əldə etməyə imkan verəcək.

Bununla yanaşı, istifadəçi çat-bota fövqəladə hallarda əlaqə saxlamaq üçün etibar etdiyi hansısa şəxsin əlaqə nömrəsini əlavə edə biləcək. 

Qeyd edək ki, şirkət bu qərarı ABŞ-də “ChatGPT” ilə intihar planlarını bölüşən 16 yaşlı gəncin ölümü ilə bağlı ittihamlar fonunda verib. Belə ki, Kaliforniyada həmin gəncin valideynləri “OpenAI”ni məhkəməyə verərək şirkəti övladlarının ölümündə günahlandırıb. “NBC News” telekanalının məlumatına görə, yeniyetmə çat-bota öz problemləri barədə danışıb. Valideynlərin iddiasına əsasən, övladları “ChatGPT”yə canına qəsd etmək niyyətində olduğunu dedikdə, çat-bot onunla söhbəti dayandırmayıb, üstəlik mövzu ilə bağlı ona məlumat verib.

Seçilən
4
5
olke.az

6Mənbələr