AZ

Naxçıvanda kirayədə yaşayan ailənin övladı yenə yüksək nəticə göstərdi

2023-cü ildə  ümumi (9 illik)  orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarında ən yüksək nəticə göstərən yeganə şagirdin Naxçıvan Qarnizonunun tam orta məktəbində təhsil alan Məmmədli Məhəmməd Qurban oğlu olduğu barədə məlumat vermişdik. Məhəmmədin ailəsinin kirayədə yaşaması və onun belə yüksək nəticə toplaması barədə məlumat həmin dövrdə böyük ajiotaja səbəb olmuşdu.


Manset.az məsələni diqqətdə saxlayaraq bu il məktəbi başa vuran Məmmədli Məhəmməd Qurban oğlu  barədə araşdırma edib. Məlum olub ki, o, qəbul imtahanlarında da yüksək nəticə göstərib. Belə ki, M. Məmmədli qəbul imtahanlarında 655 bal toplayaraq ilk seçdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşunaslıq ixtisasına qəbul olub. 

Onun ailəsi yenə də Naxçıvanda kirayədə yaşayır. Kiçik qardaşı Rəhman Məmmədli isə "Qarabağ" futbol klubunun 15 yaşlılardan ibarət komandasının futbolçusudu.

Məhəmmədin atası Qurban Məmmədovun  iki ali təhsili var, hazırda mühəndis vəzifəsində çalışır. Onun anası da ali təhsillidir, evdar xanımdır.

Qeyd edək ki,  Məhəmməd Məmmədli 2023-cü ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında Naxçıvanda maksimum 300 balı toplayan yeganə şagird idi.

Fotoda Məhəmməd Məmmədli 



Fotoda Rəhman Məmmədli


Seçilən
14
manset.az

1Mənbələr