AZ

Prezident İlham Əliyev açıqladı: Türk dövlətlərinin iqtisadiyyatı qlobal səhnəni üstələdi  

  Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə Türk Dövlətləri Təşkilatının (TDT) hazırda böyük potensiala malik olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycan hər zaman bu qurumu gücləndirməyə sadiq olub və TDT-nin inkişafında fəal rol oynayıb:

"Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib".

Prezidentin sözlərinə görə, Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir. Son illərdə həm türk dövlətləri arasında iqtisadi əməkdaşlıq dərinləşib, həm də milli iqtisadiyyatların sürətli inkişafı müşahidə olunub.

“2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb. Bu 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcdə üstəliyir”.

Referans bildirir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.

Millət vəkili qeyd edib ki, türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər:

“2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir. 

Yeni dünya düzəninin formalaşması mərhəsləsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çox vektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb”.

Vüqar Bayramov həmçinin qeyd edib ki, mövcud iqtisadi potensialı ilə Türk dünyası regional gücə çevrilərək qlobal məsələlərə töhfə verə bilir:

“Bu, Azərbaycan daxil olmaqla, Türk dövlətlərinin geo-siyasi mövqeyini daha da gücləndirir”.  

Seçilən
6
5
referans.az

10Mənbələr