AZ

Qazaxda yanğına törədən şəxs saxlanıldı

Avqustun 22-də Qazax rayon Ağköynək kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, araşdırmalarla yanğının 1990-cı il təvəllüdlü Elnur Məmmədovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Nəticədə 1 hektar biçilmiş əkin sahəsi yanıb.

E. Məmmədov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Seçilən
15
10
avtosfer.az

10Mənbələr