Rusiyanın Vladimir şəhərinin meri Dmitri Naumov saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, şəhər rəhbəri avqustun 27-də səhər saatlarında iş yerində dələduzluqda şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Naumovun saxlanmasını daha əvvəl ifşa olunmuş və "qəbiristanlıq mafiyası" adı ilə tanınan mütəşəkkil cinayətkar qruplaşma işi ilə əlaqələndirilir.
Əməliyyat zamanı FSB əməkdaşları meriyanın binasına daxil olub və Naumovun işə gəlməsini gözləyib.
Qeyd edək ki, Dmitri Naumov 2022-ci ilin noyabrından Vladimir şəhərinə rəhbərlik edir. O, bundan əvvəl üç il ərzində Qoroxovetski rayonunun administrasiyasının başçısı olub.
Fidan
Milli.Az