AZ

Ukrayna üçün kollektiv müdafiə təklifi: Meloni açıqladı

BAKI, 27 avqust. TELEQRAF

“Ukrayna üçün təhlükəsizlik təminatları NATO Nizamnaməsinin 5-ci maddəsinin modelinə əsaslanacaq”.

Teleqraf xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.

“İtaliya həmişə bəyan edib ki, sülhün açarı Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarıdır. Buradan başlamalıyıq və bu, yaxınlarda Vaşinqtonda avropalılar, amerikalılar və ukraynalılar arasında keçirilən görüşdə də təsdiqləndi. İtaliyanın NATO Nizamnaməsinin 5-ci maddəsinə (kollektiv müdafiə haqqında) bənzər mexanizmə əsaslanan təklifi hazırda müzakirələrdə əsas təklifdir”, - baş nazir bildirib.

Seçilən
2
2
teleqraf.com

3Mənbələr