AZ

Suzuki Motor 5-6 il ərzində Hindistana 8 milyard dollar sərmayə qoymağı planlaşdırır

Finss.az xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı Suzuki Motor yaxın 5-6 il ərzində Hindistana 700 milyard hind rupisi (8 milyard dollar) investisiya etməyi planlaşdırır, şirkətin baş direktoru Toşihiro Suzuki bildirib. Bu barədə “Reuters” məlumat yayıb.

Suzuki, ən böyük olan Hindistan bazarındakı payını qoruyub saxlamaq ümidi ilə ölkədə avtomobil istehsalını artırmağı və yeni modellər buraxmağı planlaşdırır.

Şirkət Hindistan bazarının lideri olan Maruti Suzuki brendinə nəzarət edir, Reuters qeyd edir.

Suzuki çərşənbə axşamı bildirib ki, Hindistanın qərbindəki Qucarat əyalətindəki Maruti Suzuki zavodu dünyanın ən böyük avtomobil istehsal mərkəzlərindən birinə çevriləcək. Onun planlaşdırılan gücü ildə 1 milyon avtomobildir.

Şirkət bu zavodda elektromobillərin kommersiya istehsalına başlayır və onları 100 ölkəyə ixrac etməyi planlaşdırır. Suzuki-nin tərəfdaşları Denso və Toshiba şirkətin hibrid avtomobilləri üçün litium-ion akkumulyatorları istehsalına başlayıblar.

Seçilən
1
fins.az

1Mənbələr