AZ

Qubaya film çəkmək üçün gedən çəkiliş heyətinin avtomobili dərəyə aşıb, ölən və yaralanan var - Yenilənib

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Qrız kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə nazirlikdən bildirilib.

Qeyd edilib ki, FHN-nin yanğınsöndürən xilasedici qüvvələri cəlb edilib. Avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

***

APA-nın şimal bürosu xəbər verir ki, Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə, "Ford" markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. Xəsarət alan 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslərin film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir.

Poliqon.info

Seçilən
21
4
poliqon.info

10Mənbələr