AZ

Nadir köpəkbalığı növü yenidən peyda olub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

London, 27 avqust, AZƏRTAC

Nəsli kəsilmiş hesab edilən nadir köpəkbalığı növü 50 ildən sonra Papua Yeni Qvineyada görünüb.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, “Gogolia filewoodi” adlanan bu növ dünyanın ən nadir köpəkbalıqlarından biri sayılır. Alimlər tərəfindən ilk dəfə 1970-ci illərdə yalnız bir nümunə əsasında təsvir olunan növə sonrakı illərdə rast gəlinməyib. Tədqiqatçılar daha sonra Qoqol çayının mənsəbində növün altı yeni fərdini sənədləşdiriblər. Onlardan beşi dişi, biri isə erkək olub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
119
1
azertag.az

2Mənbələr