AZ

Azərbaycan alma, armud və heyva ixracını 54 %-ə yaxın artırıb

Bu ilin ilk yeddi ayı ərzində Azərbaycandan müxtəlif xarici bazarlara 58 941,5 ton alma, armud və heyva ixrac olunub.

Bu barədə Bakues.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,6% çoxdur.

7 ayda ixrac edilən alma, armud və heyvanın ümumi dəyəri 62,9% artaraq 41,647,7 min ABŞ dolları təşkil edib.

Seçilən
15
2
icma.az

3Mənbələr