AZ

Səhiyyə Nazirliyindən sertifikasiyadan keçməyənlərlə bağlıNÖVBƏTİ AÇIQLAMA

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, özəl tibb müəssisəsi yalnız tibbi fəaliyyətin müəyyən növləri üzrə verilən lisenziya əsasında və həmin fəaliyyət sahəsinə uyğun ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda fəaliyyət göstərə bilər.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib.

Onun sözlərinə görə, müəssisə rəhbəri tibbi fəaliyyətə görə birbaşa məsuliyyət daşıyır və tibbi heyətlə bağlı aşağıdakı vəzifələrin icrasına nəzarət etməlidir:

“Tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tədrisə və sertifikasiyaya cəlb edilməlidir. Sertifikasiyadan keçməyən işçilərin praktik tibb fəaliyyəti ilə məşğul olması qadağandır. Müəssisə qanunvericilikdə nəzərdə tutulan statistik qeydiyyat və hesabatları aparmalı və onların doğruluğuna görə məsuliyyət daşımalıdır.

Pasiyentin sağlamlıq vəziyyəti, tibbi xidmətlərin həcmi və nəticələri ilə bağlı sənədləşmə Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydada aparılmalıdır. Pasiyent tələb etdikdə müəssisə lisenziya, sertifikasiya və digər rəsmi sənədləri təqdim etməlidir. Pasiyentlər müayinə və müalicələrinin nəticələri ilə tanış edilməli, diaqnoz onlara izah olunmalıdır.

Həmçinin diqqətinizə çatdırırıq ki, müalicə həkimi pasiyentin istəyi ilə müəssisə rəhbəri tərəfindən təyin edilir. Pasiyent həkimin dəyişdirilməsini tələb etdikdə, bu məsələ rəhbərlik tərəfindən təmin edilməlidir”.

Tamam Həsənova əlavə edib ki, vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət, pozuntu və ya şikayət halları ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər:

• “Bir pəncərə” sektoru

• Qaynar xətt: (012) 596 05 20

• E-poçt: [email protected]

• Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)

Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.

Seçilən
24
6
xezerxeber.az

10Mənbələr