AZ

Şahzadə Diananın zaman kapsulu 34 il sonra açıldı: İçərisində görün nələr var

Londonda şahzadə Diana tərəfindən 1991-ci ildə basdırılmış zaman kapsulu vaxtından əvvəl açılıb.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.

Məlumata görə, kapsul "Great Ormond Street" Uşaq Xəstəxanasında tikinti işləri aparılarkən açılıb. Qurğuşun sarkofaqındakı taxta kapsul xəstə uşaqlarla birlikdə Şahzadə Diana tərəfindən binanın təməllərinə qoyulmuşdu. Əvvəlcə kapsulun bir neçə əsrdən sonra açılacağı planlaşdırılırdı, lakin o, yeni xərçəng mərkəzinin tikintisi zamanı çıxarılıb.

Kapsula yerləşdirilən əşyalar arasında Kayli Minouqa məxsus disk, günəş enerjisi ilə işləyən kalkulyator və pasport olub. Kapsulda həmçinin cib televizoru, qar dənəciyi holoqramı, şahzadə Diananın fotoşəkili və təkrar emal edilmiş kağız olub.

Seçilən
0
3
publika.az

4Mənbələr