ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 27 avqust, AZƏRTAC
Bu gün kişi basketbolçular arasında Avropa çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan Türkiyə millisi turnirə ev sahibi ölkələrdən biri olan Latviya ilə qarşılaşacaq.
Riqa şəhərində yerləşən “Arena Riqa”da oynanılacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Latviyanın heyətində Azərbaycanın “Sabah” komandasında çıxış edən Klavs Cavars da yer alacaq. Bakı klubunun baş məşqçisi Rimas Kurtinaytis isə turnirdə Litva seçməsinə rəhbərlik edəcək.
Türkiyə yığması ikinci görüşünü avqustun 29-da Çexiyaya qarşı keçirəcək.
Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.